Vlastimil Petrjela qayıdır?
22.01.2009 - 16:07
Vlastimil Petrjela qayıdır?
“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela yenidən Rusiyada çalışa bilər. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çexiyalı mütəxəssis bu ölkənin birinci divizionunda çıxış edən “Nijni-Novqorod” klubunun baş məşqçi postuna gəlişi gündəmə gəlib. Özü də bu komandanın sükanı arxasına məhz Petrjelanın keçməsi tövsiyə olunub. Belə ki, çexiyalının agenti müştərisinin xidmətlərini “Nijni-Novqorod”a təklif edib. Birinci divizion təmsilçisi bunu qəbul edərsə, Petrjela məşhur İlya Tsımbaların yerinə gələcək. Moskva “Spartak”ı və Rusiya yığmasında çıxışı ilə tanınan 42 yaşlı Tsımbalar öz istəyi ilə baş məşqçi postunu tərk edib. Bu vəzifəni müvəqqəti olaraq icra etmək Mixail Afoninə tapşırılıb.
0