Kocaeli TV Sadıqovun problemini həll etdi - FOTO
22.01.2009 - 16:19
Kocaeli TV Sadıqovun problemini həll etdi - FOTO
Rəşad Sadıqovun baxışda olduğu Türkiyənin “Kocaelispor” klubuna keçidi həll olunmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Kocaeli televiziyası 27 yaşlı müdafiəçinin bakılılarla problemini həll etdiyini iddia edir.

Həmkarlarımızın fikrincə, Türkiyə çempionatında mübarizə aparan 18 komanda arasında sonuncu olan “Kocaelispor” Rəşadın transferini yenidən gündəmə gətirib. “Neftçi”dən qovulan müdafiəçi və onunla güclənmək niyyətində olan autsayder müqavilənin detallarında da razılığa gəliblər. Ən maraqlısı isə odur ki, Kocaeli TV əməkdaşları bir müddət əvvəl Bakıya qayıdıb “Neftçi” ilə danışıqlar aparan Sadıqovun kompensasiya məsələsini çözdüyünü vurğulayır.

Qeyd edək ki, türk jurnalistlərdən fərqli, həm Sadıqov, həm də “Neftçi” rəhbərliyi məsələnin həll olunmadığını bildirib.

http://www.kocaelitv.com.tr/haber_detay.asp?id=11706
0