Bakıda oynayan alban futbolçu illik qazancını açıqladı
22.01.2009 - 16:40
Bakıda oynayan alban futbolçu illik qazancını açıqladı
Bakıda oynamış futbolçu ilə 10 min avro qazanırmış. Apasport.az saytının məlumatına görə, ötən ilin noyabrında Azərbaycanla qarşılaşan Albaniya yığmasının futbolçusu Debatik Kurri vətənində qazandığı pulu açıqlayıb. Belə ki, Ukraynanın “Vorskla” klubunda çıxış edən sol cinah müdafiəçisi albaniyalı futbolçuların kütləvi surətdə xaricə üz tutmasının səbəbini izah edib: “Albaniya çempionatı yüksək səviyyəsi ilə seçilmir. Hətta bu çempionatda çıxış edə-edə milli komandamıza da düşmək çox çətin olur. Həm də ölkə xaricində daha yaxşı qazanmaq olar. Mən Albaniyada oynayanda bir ilə 10 min avro qazanırdım”.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında cəmi bir alban futbolçu var ki, o da “Qarabağ”ın yeni transferi Admir Telidir.
0