Ramal Hüseynov: İşlərim əladır, keçidim demək olar ki, həll olunub
22.01.2009 - 17:02
Ramal Hüseynov: İşlərim əladır, keçidim demək olar ki, həll olunub
“İşlərim əladır, keçidim demək olar ki, həll olunub. Yalnız məsələnin rəsmiləşməsi qalıb”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunda baxışda olan həmyerlimiz Ramal Hüseynov deyib.

Müqavilə ilə “Bakı” komandasına məxsus 25 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Kocaeli təmsilçinin yeni baş məşqçisi Erhan Altının etimadını qazanıb: “Bakıdan istirahətdən qayıdandan sonra onunla tanış oldum. Altının rəhbərliyi altında məşqlərdə çalışıram. Məni komandasına görmək istəyir. Şəxsi müqaviləmi müzakirə etmişəm. Anlaşmanın maddi tərəfi məni qane edir. Müqavilə ilə məxsus olduğum “Bakı” gedişimə problem yaratmır. “Kocaelispor”a altı aylıq icarəyə veriləcəyəm. Məsələnin yekunlaşması üçün tibbi müayinədən keçməyim qalıb. Bunu edəndən sonra müqaviləni imzalayacağam”.

Müqavilənin günün sonuna qədər rəsmiləşəcəyini vurğulayan futbolçumuzun fikrincə, üç gün sonra Superliqada “Hacettepe” ilə ev oyununda yeni komandasının heyətində yer alacaq. Ramal onunla birgə “Neftçi”də və yığmada çıxış etmiş Rəşad Sadıqovun “Kocaelispor”a qayıtdığını bildirib: “Hazırda düşərgəmizdədir. Ancaq onun məsələsinin nə yerdə olduğumdan xəbərim yoxdur”.
0