“Siz hamınız zibilsiniz!”
22.01.2009 - 17:35
“Siz hamınız zibilsiniz!”
Emosionallığı ilə ad çıxaran portuqaliyalı mütəxəssis Joze Mourinyo yenidən öz hərəkətləri ilə mətbuatın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “İnter” klubunun 46 yaşlı baş məşqçisi futbolçularını təhqir edib. O, cari mövsümdən çalışdırdığı Milan təmsilçisinin son illərdə qazandığı uğurlara kölgə salıb: “Siz bir Skudettonu məhkəmədə qazandınız, ikinci titulu rəqabət olmadığına görə əldə etdiniz, üçüncü çempionluğa isə axırıncı turun son dəqiqələrində sahib çıxdınız. Siz hamınız zibilsiniz!”.

A seriyasının son turunda səfərdə “Atalanta” klubuna 1:3 hesablı məğlubiyyət Mourinyoya yaman pis təsir edib. Baş məşqçi uğursuzluqdan o qədər məyus olub ki, paltardəyişmə otağına girərkən noutbukunu zibil vedrəsini tullayıb.
0