Zaur Ramazanov “Qarabağ”ın məşqlərinə qoşulmur
22.01.2009 - 17:50
Zaur Ramazanov “Qarabağ”ın məşqlərinə qoşulmur
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubunun daha iki oyunçusu məşqlərdən kənarda qalıb. Apasport.az saytının məlumatına görə, əzələsini qıraraq sıradan çıxan Ayxan Abbasovun ardınca Zaur Ramazanov və Namiq Yusifov da hazırlıqlardan kənar düşüb. Yarımmüdafiəçi dizində olan ağrılardan əziyyət çəkdiyindən məşqə çıxmayıb. Ramazanov isə diş ağrısından hazırlıqlara qoşulmayıb.
Qeyd edək ki, Ayxan İstanbulda əməliyyat olunacaq.
0