MOİK sənədlərini AFFA-ya niyə təqdim etmir?
22.01.2009 - 18:40
MOİK sənədlərini AFFA-ya niyə təqdim etmir?
Mərkəzi Ordu İdman Klubu (MOİK) Azərbaycan Premyer Liqasında iştirak etmək üçün tələb olunan lisenziyalaşdırma sənədlərini AFFA-ya təqdim etməyib. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi, Lisenziyalaşdırma qrupunun rəhbəri Elxan Məmmədov məlumat verib.

Assosiasiya rəhbərliyi 2009/10 mövsümündən etibarən Premyer Liqada oynamaq istəyən klubların daxili çempionat üçün nəzərdə tutulmuş lisenziya şərtlərinə əməl etməsindən ötrü “İdman və infrastruktur” meyarları üzrə sənədləri təqdim etməsinə yanvarın 15-dək möhlət qoymuşdu. Bu müddətədək MOİK istisna olmaqla, bütün komandalar sənədləri AFFA-ya göndəriblər.

Məmmədov bildirib ki, ordu klubu ilə bağlı müvafiq qərar tezliklə keçiriləcək Lisenziyalaşdırma Komissiyasının iclasında qəbul olunacaq.
0