Omari Tetradze: “Karvan” şən komandadır
23.01.2009 - 10:52
Omari Tetradze: “Karvan” şən komandadır
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyununda Yevlaxın “Karvan” klubu ilə qarşılaşan Rusiyanın “Anji” komandasının baş məşqçisi Omari Tetradze rəqibini bəyənib. Apasport.az saytının məlumatına görə, böyük hesablı məğlubiyyətə baxmayaraq, yevlaxlılar gürcü mütəxəssisdə yaxşı təəssürat yaradıb. “Anji”nin 5:2 hesabı ilə qalib gəldiyi görüşdən sonra çalışdırıcı öz yetirmələrindən narazı qalıb: “Birinci hissədə oyun pis alınmadı. Fasiləyə 4:0 hesabı ilə yollanmağımız da çox şeydən xəbər verir. Buna baxmayaraq, müdafiə xəttimiz növbəti dəfə səhvləri sıraladı. Amma xarakter nümayiş etdirərək qələbə qazandılar. Uduzmasına baxmayaraq, deməzdim ki, rəqib zəifdir. “Karvan” şən komandadır. Onlar topla yaxşı rəftar edirdilər”.
Qeyd edək ki, “Karvan” Antalyadakı ilk yoxlama matçında Qazaxıstanın “Atırau” klubunu 3:2 hesabı ilə məğlub etmişdi.
0