Milli komandanın liberosu bu gün “Kocaelispor”la müqavilə bağlayacaq
23.01.2009 - 10:59
Milli komandanın liberosu bu gün “Kocaelispor”la müqavilə bağlayacaq
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun düşərgəsində yer aldığı Türkiyənin “Kocaelispor” klubu növbəti transferini bu gün rəsmiləşdirəcək. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi sloveniyalı futbolçu Luka Zinko ilə anlaşıb. Birbaşa müqavilə üçün Türkiyəyə gələn libero ilə müqavilənin detallarını razılaşdıran “Kocaelispor” rəhbərliyi bu gün sənədi rəsmiləşdirəcək. Ön müdafiəçi mövqeyində çıxış edən Lukanın Superliqanın həftəsonu keçiriləcək “Hacettepe” ilə matçında da forma geyinəcəyi gözlənilir. Kocaelilər qarşılaşmayadək yeni transferi sifariş etmək niyyətindədir. Son klubu “Domjale” olan Zinko cəmi 3 dəfə formasını geydiyi Sloveniya milli komandasının heyətinə də cəlb olunur.
0