Rəşad Sadıqov “Kocaelispor” rəhbərliyinin şərtlərini qəbul etdi YENİLƏNİB
23.01.2009 - 16:06
Rəşad Sadıqov “Kocaelispor” rəhbərliyinin şərtlərini qəbul etdi YENİLƏNİB
Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov “Kocaelispor”la danışıqları yekunlaşdırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İzmit təmsilçisinin Antalya şəhərində təlim-məşq toplanışında baxışdan keçirdiyi 27 yaşlı müdafiəçi geri dönərək klubla anlaşıb. Yerli mətbuat qarşıdakı günlərdə müqavilənin rəsmiləşəcəyini iddia edir. Belə ki, yenidən “Kocaelispor”un məşqlərinə qatılan Rəşad izmitlilərin ona təklif etdiyi şərtlərlə razılaşıb.

Müdafiəçi artıq məxsus olduğu “Neftçi” ilə də problemi həll edib. Belə ki, apasport.az saytının Kocaeli televiziyasına istinadən dünən verdiyi xəbər öz təsdiqini tapıb. “Neftçi” rəhbərliyi klubdan qovduğu Sadıqovun Türkiyə Superliqasının autsayderinə keçməsinə xeyir-dua verib. Bakılılar keçid üçün alınan kompensasiyanın məbləğini açıqlamaq istəməyib.

Sadıqov yeni komandası ilə mövsümün sonunadək müqavilə bağlayıb.
0