Anatoli Ponomaryov yenə yığmanın hazırlığına qatılmayacaq
23.01.2009 - 12:43
Anatoli Ponomaryov yenə yığmanın hazırlığına qatılmayacaq
Anatoli Ponomaryov Azərbaycan milli komandasının yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına qatılmayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin klubun düşərgəsində baxışda olmasıdır. Özünə yeni klub axtaran Anatoli ona bu imkanı yaradılmasını milli komandanın rəhbərliyindən rica edib. Bununla da futbolçu Dubayda keçiriləcək yoldaşlıq görüşlərində iştirak etməyəcək.

Qeyd edək ki, Ponomaryov eyni səbəbdən ötən ilin dekabrın ilk günlərində keçiriləcək təlim-məşq toplanışına da gəlməyib.
0