Şok: “Fənərbaxça” bir gecədə 5 milyon avroluq kitab satdı - FOTO
23.01.2009 - 13:15
Şok: “Fənərbaxça” bir gecədə 5 milyon avroluq kitab satdı - FOTO
Türkiyənin “Fənərbaxça” futbol klubu inanılmazı gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, rəhbərlik komandanın 100 illik tarixinə həsr olunmuş kitabdan 1 gecədə 2,3 milyon dollar gəlir götürüb.

İstanbul təmsilçisinin 1907-2007-ci illərinə həsr olunmuş “Fənər əsri” adlı kitab İsveçrədə çap olunub. 30 kilo ağırlığında, 70smx50 sm ölçüdə olan və 536 səhifədən ibarət kitaba 40 nəfərlik heyət 2 il vaxt sərf edib. “Fənər əsri”ndən cəmi 2007 nüsxə buraxılıb.

Ən şok hadisə isə kitabın təqdimat mərasimində baş verib. Çünki kitab fantastik qiymətə satılıb. Klub rəhbərliyi ilk sayı 140 min avroya, nüfuzlu iş adamı Mustafa Koç 1907-ci sayı 135 min avroya, braziliyalı futbolçu Roberto Karlos isə 2007-ci sayı 50 min avroya alıb. Digər nüsxələr 2500 avroya satılıb. 1952-ci say həmin ildə doğulmuş “Fənərbaxça”nın prezidenti Əziz Yıldırıma bağışlanılıb.

Nəticədə kitab satışından 5,3 milyon avro toplanıb. “Fənərbaxça”nın kitaba çəkdiyi xərcin 3 milyon avro olduğunu nəzərə alsaq, klub 1 gecədə 2,3 milyon avro qazanıb.
0