Ponomaryov klubuna lazım deyil
23.01.2009 - 14:43
Ponomaryov klubuna lazım deyil
Azərbaycan yığmasının futbolçusu Anatoli Ponomaryov müqavilə ilə bağlı olduğu İsveçin HAİS klubundan təklif alıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu ilə 2009-cu ilədək müqaviləsi olan klub rəhbərliyi futbolçuya bu sənədi qarşılıqlı razılıqla ləğv etməyi təklif edib.

2007-ci ildə HAİS-lə üç illik müqavilə bağlayan Ponomaryov ilk mövsüm 5 görüşə çıxdıqdan sonra onun oyunu rəhbərliyi qane etməmişdi. Son il yarımda icarə əsasında üç komandada - İsveçin aşağı dəstəsində “Ester” və “Degerfors”, ölkəmizdə isə “Bakı”nın
çıxış edən Anatoli HAİS-in təklifinə cavab verməyib. Bununla razılaşacağı halda, futbolçumuz müqavilənin son ilini də icarə əsasında keçirməyib, azad agent kimi istədiyi kluba keçə bilər.

Hazırda adını açıqlamadığı komandada baxışda olan Anatoli yeni klubu ilə ilkin razılığa gəldikdən sonra HAİS-lə ayrılmaq qərarını verəcək.