Ramal Hüseynov rəsmən “Kocaelispor”da!
23.01.2009 - 14:51
Ramal Hüseynov rəsmən “Kocaelispor”da!
Azərbaycan yığmasının sabiq futbolçusu Ramal Hüseynovun Türkiyənin “Kocaelispor” klubuna keçidi rəsmiləşib. Bu haqda apasport.az saytına Hüseynovun özü məlumat verib. 25 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, Superliqa təmsilçisində tibbi müayinədən uğurla keçib: “Müqavilə imzalamağım üçün müayinədən keçməyim qalmışdı. Bu da artıq müsbət yöndə həll olunub. Sağ olsun, “Bakı” rəhbərliyi gedişimə problem yaratmadı. Komanda məni mövsümün sonuna kimi bu kluba təmənnasız icarəyə verdi. Artıq “Kocaelispor”la altı aylıq müqaviləyə qol çəkmişəm. Hazırda notariusdayam və sənədləşmə işləri gedir. “Kocaelispor”un düşərgəsində yer alan Rəşad Sadıqovun məsələsinin nə yerdə olmasından xəbərim yoxdur. İnşallah, onun da keçidi həll olunar”.
0