“İlk hissədə bütün suallara aydınlıq gətirə bilərdik”
24.01.2009 - 00:17
“İlk hissədə bütün suallara aydınlıq gətirə bilərdik”
“Prinsipcə, biz ilk hissədə bütün suallara aydınlıq gətirə bilərdik”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan çempionu “Aktobe”nin baş məşqçisi Vladimir Muxanov deyib.
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirinin yarımfinalında Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran “Aktobe”nin baş məşqçisinin sözlərinə görə, yetirmələri yaratdıqları əlverişli qol vəziyyətlərindən istifadə edə bilsəydilər, hesab başqa cür olardı: “Fasilədən sonra rəqib mərkəzdən əla hücumlar qurdu. Amma bir şeyi unutmaq olmaz ki, hər iki komanda turniri qazanmaq istəyirdi. Qələbəyə görə, komandamı təbrik edirəm”.
0