Subaşiç və komandası ilk məğlubiyyətini aldı
24.01.2009 - 10:47
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi Serbiyanın “Srvena Zvezda” klubu 2009-cu ildə ilk məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Kiprdə təlim-məşq toplanışı keçirən Belqrad təmsilçisi Bolqarıstanın “Levski” komandasına uduzub – 0:2. Subaşiç hər hissədə bir heyətlə meydana çıxan komandasının ilk yarıda mübarizə aparan “11-liy”ində yer alıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu “Srvena Zvezda”nın Kiprdə keçirdiyi ilk oyununda ikinci hissədə forma geymişdi. Həmin matçda Subaşiç yerli “Omnilios”un qapısına qol vura bilmişdi.
Qeyd edək ki, 27 yaşlı hücumçu “Srvena Zvezda”nın Kiprdə keçirdiyi ilk oyununda ikinci hissədə forma geymişdi. Həmin matçda Subaşiç yerli “Omnilios”un qapısına qol vura bilmişdi.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0