Cerrard məhkəmə qarşısında cavab verdi
24.01.2009 - 11:26
Cerrard məhkəmə qarşısında cavab verdi
İngiltərənin “Liverpul” klubunun kapitanı Stiven Cerrard məhkəmə qarşısında cavab verib. Apasport.az saytının məlumatına görə, Sautport şəhərində yerləşən şirkətlərdən birinin direktoruna xəsarət yetirməkdə ittiham olunan 27 yaşlı futbolçu özünü günahkar saymadığını bildirib və zaminə buraxılıb. Məhkəmənin növbəti yığıncağı martın 20-nə təyin olunub.

Qeyd edək ki, ingilis futbolçu və daha beş nəfər dekabrın 29-da Sautport barlarının birindəki qalmaqal zamanı saxlanılmışdı. Həmin münaqişə nəticəsində şirkət rəhbəri Marlus Makqi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdi.
0