Azərbaycan yığmasının rəqibi uduzdu
24.01.2009 - 11:31
Azərbaycan yığmasının rəqibi uduzdu
Fevralın 11-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Küveyt yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Asiya kubokunun Omanla keçiriləcək ilk seçmə matçına hazırlaşan rəqibimiz Suriya ilə qüvvəsini sınayıb. Küveyt milli komandasının baş məşqçisi Fəcr Məhəmməd İbrahimin yetirmələri hesabı açdıqları görüşdə 2:3 hesabı ilə uduzub. Yığmamızın rəqibini qollarını Məsud Neda və Bədir əl-Mütvə vurub. Komandalar bu görüşü azlıqda bitirib. Bir-biri ilə dil tapmayan rəqiblərin hərəsinin bir oyunçusu qırmızı vərəqə ilə cəzalanıb. Küveyt yığmasında Hüseyn Fadel meydanı vaxtından əvvəl tərk edib.
Qeyd edək ki, millimizin rəqibi olan küveytlilər növbəti matçını yanvarın 28-də Omanla qarşılaşacaq.
0