Azərbaycanlı futbolçu komandasına lazım olmadı
24.01.2009 - 12:01
Azərbaycanlı futbolçu komandasına lazım olmadı
Belarusun “MTZ-RİPO” kubu baxışda olan azərbaycanlı futbolçudan imtina edib. Apasport.az saytının məlumatına görə, Minsk təmsilçisi “MDB və Baltika ölkələrinin Birlik kuboku” turnirində sınadığı Arzu Nəsibovla bağlı qərar verib. “MTZ-RİPO”nun baş məşqçisi Yuri Puntus Rusiyanın paytaxtı Moskvada keçirilən yarışın yekunları ilə bağlı müsahibə verərək, hücumçunun onlara lazım olmadığını bildirib: “Nəsibovla ayrılmaq qərarına gəldik. Belə bir qayda var ki, legioner yerli futbolçudan üstün olmalıdır. Heç kim bu qaydanı ləğv etməyib. Təəssüf ki, Arzu Moskvada güclü olduğunu təsdiqləyə bilmədi. İndi o bizimlə birgə Minskə qayıdıb, başqa komandalarda özünü sınamaq istəyir”.

Puntus digər həmyerlimizi Elmar Xeyirovu da eyni taleyin gözlədiyini istisna etmir: “Xeyirov icarədən qayıdıb və müqavilə ilə bizə məxsusdur. Amma onun komandada qalıb-qalmamağı hələ sual olaraq qalır. Mən ona daha bir şans vermək niyyətindəyəm. Ayın son günü yollanmaq fikrində olduğumuz Türkiyə toplanışında onu bir daha sınayacağam”.

Qeyd edək ki, “Birlik kuboku”nda Xeyirov 4, Nəsibov 2 oyun keçirib.
0