Sxadadze milli komandada
24.01.2009 - 12:17
Sxadadze milli komandada
Bakının “Standard” klubunun sabiq baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan milli komandasının baş məşqçisi təyin olunub. Apasport.az saytının məlumatına görə, mütəxəssis ölkəsinin 21 yaşlılardan ibarət yığmasına rəhbərlik edəcək.

Sxadadze hələ bir neçə ay əvvəl Gürcüstan Futbol Federasiyasından təklif alsa da, Azərbaycan Premyer Liqasının birinci dövrəsinin bitməsini gözləməyi lazım bilmişdi. Qış fasiləsi başlayan kimi istefa verən gürcü mütəxəssis qısa müddət işsiz qalaraq bu təyinatın rəsmiləşməsini gözləmişdi.

Qeyd edək ki, Sxadadze Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu olan yığmada xorvatiyalı Petar Seqrtı əvəzləyib.
0