“Neftçi”nin sabiq baş məşqçisi Özbəkistanda çalışacaq?
24.01.2009 - 13:07
Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela Özbəkistanın “Bunedkor” klubunu çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, mütəxəssisə elçi düşən özbəklərlə yanaşı, Latviyanın “Riqa” klubu da çexiyalının xidmətlərində maraqlıdır.
Petrjela özü də təkliflərdən birini qəbul etməyə hazırdır: “Mənim agentim ən münasib variantın axtarışındadır. Təbii ki, məni də hadisələrin axarından xəbərdar etməklə. Çamadanlarım da hazırdır. Maraqlı və konkret təklif aldığım kimi ora uçmağa hazıram. Yoxsa ki, işsizlikdən əllərim qaşınır”.
Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından dekabrınadək “Neftçi”yə rəhbərlik edib.

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0