“Spartak”ın sabiq qapıçısı Bakıya gəlir
24.01.2009 - 14:24
“Spartak”ın sabiq qapıçısı Bakıya gəlir
Yanvarın 25-dən 28-dək keçiriləcək II Bakı Beynəlxalq Futzal Turnirinə fəxri qonaqlar da dəvət olunub. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sovet futbol məktəbinin istedadlı nümayəndələrindən biri Vladimir Maslaçenko da paytaxtın qonaqları sırasındadır. Futbolçu karyerasının əsas hissəsi Moskva “Spartak”ı ilə bağlı olan qapıçı futbol şərhçisi kimi keçmiş SSRİ-də şöhrət qazanıb. Maslaçenko futzal turnirinin bağlanış mərasimində iştirak edəcək.
Qeyd edək ki, turnirdə Azərbaycan, Moldova və Gürcüstan milli komandaları, həmçinin Rusiyanın “Kaspi” klubu iştirak edəcək.
0