“Muğan”da qalmaqal: baş məşqçi istefa verdi YENİLƏNİB
26.01.2009 - 11:38
“Muğan”da qalmaqal: baş məşqçi istefa verdi YENİLƏNİB
Azərbaycan Premyer-Liqasının debütantı “Muğan” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Vladislav Qədirovun istefasından sonra komanda rəhbərliyi məşqçi axtarışına çıxıb. Yayılan xəbərlərə əsasən, Qədirovun postundan ayrılmasına klub rəsmiləri ilə aralarında yaranan qalmaqal səbəb olub.

“Mətbuat gecə-gündüz Vladislav Qədirovun vəzifəsindən getməsindən yazır. Ancaq elə bir söhbət yoxdur”. Bunu isə apasport.az saytına açıqlamasında “Muğan”ın icraçı-direktoru Fizuli Əliyev deyib.

Yayılan xəbərləri təkzib edən Əliyevin sözlərinə görə, Qədirovun istefaya göndərməyə əsas yoxdur: “Biz komandaya yeni baş məşqçi axtarmırıq. Çünki Qədirovun işindən narazılığımız yoxdur. Onun gedişi heç gündəmdə deyil”.
0