Omari Tetradze: “Bakı” mənə xoş təsir bağışladı
26.01.2009 - 10:36
Omari Tetradze: “Bakı” mənə xoş təsir bağışladı
“Bakı” ilə oyunda müdafiə xəttimiz yenə inamsız çıxış etdi. Lakin bunu bütün arxa xətt oyunçularına aid etmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradze deyib.

Gürcü mütəxəssis Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən “Bakı” ilə yoxlama oyunundan sonra təmsilçimizi tərifləyib: “Bakı” mənə xoş təsir bağışladı. Heyətində Makedoniya və Seneqal yığmalarının yer aldığı rəqib göz oxşayan komandadır. Lakin ümumilikdə götürəndə, külək oyunun axarına təsir etdi. Əks halda, gözəl oyunun şahidi olardıq”.

Qeyd edək ki, “Bakı” – “Anji” görüşü qolsuz heç-heçə ilə bitib.
0