Yol qəzasında 15 futbolçu öldü
26.01.2009 - 10:53
Dünən Nigeriyanın Plato ştatında baş verən yol qəzası nəticəsində ölkənin futbol klublarından birinin 15 üzvü dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, faciə Adamava ştatının oyunçularının başına gəlib. Onlar paytaxt Abucada keçiriləcək matça gedərkən, bədbəxt hadisə ilə üzləşiblər.
Ötən ay da eyni məkanda ağır yol hadisəsi qeydə alınmışdı. Nəticədə 9 qadın futbolçu və onların iki məşqçisi ölmüşdü.
Ümumiyyətlə, Nigeriya dünyada ən təhlükəli yollarına malik ölkələrdən sayılır. Hər il yol qəzalarında 5000-dək insan qurbana çevrilir. Yolların acınacaqlı olmasının daha bir səbəbi isə odur ki, Nigeriyada dövlətə 50 dollar ödəyən istənilən şəxs maşın sürmək hüququna yiyələnir.

- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
0
0