“Birlik kuboku” turnirində islahatlar aparılacaq
26.01.2009 - 12:12
“Birlik kuboku” turnirində islahatlar aparılacaq
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin reqlamenti dəyişdiriləcək. Apasport.az saytının məlumatına görə, təşkilatçı Rusiya Futbol İttifaqı yarışın statusunu artırmaqla bağlı gələn il üçün müəyyən addımlar atmağı planlaşdırır. Qurumun prezidenti Vitali Mutko “Birlik kuboku”nun nüfuzunu qaytarmaq üçün Rusiya və Ukrayna çempionlarının əsas heyətlə gəlməsini vacib sayır: “Son turnirdə iştirak edən bütün komandalar təşkilatçılıqdan çox razı qaldı. Yarış maraqlı mübarizə şəraitində keçdi və döyüşkən finalla yekunlaşdı. Eyni zamanda, Rusiya və Ukrayna çempionlarının turnirə güclü heyətlə gəlməsi haqda düşünmək lazımdır. Tədbirlərdən biri pul mükafatı, digəri isə reqlamentin dəyişdirilməsidir”.
Qeyd edək ki, son “Birlik kuboku”nda ölkəmizi ilk dəfə təmsil edən Bakının “İnter” klubu mübarizəni yarımfinalda dayandırdı.
0