Branimir Subaşiç: “Fikrim qətidir, “Srvena Zvezda”dan gedirəm!
26.01.2009 - 13:04
Branimir Subaşiç: “Fikrim qətidir, “Srvena Zvezda”dan gedirəm!
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç klubunu dəyişir. Bu barədə apasport.az saytına 27 yaşlı serbiyalı hücumçunun özü məlumat verib. O bildirib ki, Belqradın “Srvena Zvezda” komandasını tərk etməyə hazırlaşır: “Fikrim qətidir, artıq bu klubdan gedəcəyəm. Sadəcə, məsələnin həllini gözləyirəm. Bəzi problemlər var ki, bu səbəbdən burda qalmaq istəmirəm. Bunlar əsasən maliyyə ilə bağlıdır”.

Subaşiç digər klublardan təklif aldığını söyləsə də, onların adını açıqlamaq istəməyib: “Təkid etməyin, ad açıqlamayacağam. Çünki məsələ hələ yekunlaşmayıb və cavab gözləyirəm. Yalnız onu deyə bilərəm ki, bir Avropa, bir də Asiya klubuna keçmək variantım var. Karyeramı daha çox Avropada davam etdirmək istəyirəm. Yeni variantlar arasında Azərbaycan yoxdur”.

Xatırladaq ki, Subaşiç üç il (2005-2008) “Neftçi”də çıxış edib. “Srvena Zvezda” maliyyə böhranına görə bəzi əsas heyət futbolçularını satmaqda maraqlı idi. Yeni il öncəsi adı açıqlanan bu futbolçular arasında Subaşiç də vardı. Ancaq sonradan məsələni bağlayan Belqrad təmsilçisi heyəti qorumağa qərar vermişdi.
0