“Kocaelispor” klubunun baş məşqçisi: Rəşad Sadıqovla Ramal Hüseynovdan razıyam
26.01.2009 - 14:15
“Kocaelispor” klubunun baş məşqçisi: Rəşad Sadıqovla Ramal Hüseynovdan razıyam
“Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovdan razıyam. Rəşad həm hazırlıq prosesi, həm də “Hacettepe” ilə görüşdə özünü ən yaxşı tərəfdən göstərdi. Ramal isə hələ hazır olmadığı üçün onu meydana buraxmadım”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altın deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Rəşadla Ramal futbolçu baxımından onu qane edib: “Rəşad səviyyəli müdafiəçidir və ona ümidlərimiz böyükdür. Ramalla müqayisədə düşərgəmizə daha hazırlıqlı gəlmişdi. Hüseynov isə bildiyimə görə, son 4-5 ayda oyun praktikası sarıdan korluq çəkib. Onunla söhbətimdə bütün bunlarla bağlı fikirlərimi bildirdim. Tövsiyələrimi verdim və qarşıdakı oyunlarda ona şans verəcəyini dedim”.

Altının fikrincə, Sadıqov Superliqanın 17-ci turunda komandaya çox kömək edib: “Onun komandamızın liderlərindən biri olacağını düşünürəm. “Kocaelispor”un Superliqada yerini qorumasında azərbaycanlı futbolçulara bizə yardım olacağına inanırıq”.
0