Rəşad Sadıqovu milli komandaya buraxmaq istəmirlər
26.01.2009 - 14:26
Türkiyənin “Kocaelispor” klubu Rəşad Sadıqovu kapitanı olduğu Azərbaycan yığmasının yanvarın 27-dən fevralın 12-dək Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına buraxmayacaq. Komandanın baş məşqçisi Erhan Altın apasport.az saytına açıqlamasında bildirib ki, 27 yaşlı müdafiəçini uzun müddətə itirmək istəmir. Superliqada 18 komanda arasında 17-ci yerdə qərarlaşan “Kocaelispor”un yeni çalışdırıcısı belə çətin gündə hər kəsdən yardım istəyib: “Sadıqovu yığmanızın qarşıdakı hazırlıq prosesinə buraxmaq fikrimiz yoxdur. Açığı, təlim-məşq toplanışının bu qədər uzun olmasını bilmirdim. Həmin müddətdə vacib oyunlarımız var. Superliqada qalmaq bizim üçün həyati məsələdir. İndi aparıcı futbolçunu 16 gün itirmək – bu, bizim üçün ağırdır. Buna çox üzülərik. Rəşadın özü və klubumuzun rəhbərliyi ilə söhbətləşəcəyəm. Lazım olsa, Sadıqovun milli komandadakı baş məşqçi ilə danışmağa hazıram. AFFA-ya Rəşadın yığmanın toplanışı müddətində komandamızın sıralarında qalması ilə bağlı müraciət etməyi düşünürük”.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0