Legionerlər “Xəzər-Lənkəran”ı sevindirdi
26.01.2009 - 14:42
Legionerlər “Xəzər-Lənkəran”ı sevindirdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, İqor Ponomaryovun yetirmələri Rusiya çempionatının birinci divizionunda mübarizə aparan “OİK-Enerji” klubunu sınağa çəkib. Təmsilçimizin 3:1 hesabı ilə qalib gəldiyi maçtda qollarının hamısına legionerlər imza atıb. Bu dəfə Mario Souza və Romulo Silvano ilə yanaşı, yalnız standartlar zamanı hücuma qoşulan müdafiəçi Radomir Todorov da fərqlənib.
Qeyd edək ki, “ağ-yaşıllı” futbolçular indiyədək Antalyada keçirdiyi altı görüşün beşində qalib gəlib və yalnız birində məğlubiyyətlə barışmalı olublar.
0