İranda qadınlar kişilərlə futbol oynadılar
26.01.2009 - 16:04
İranda qadınlar kişilərlə futbol oynadılar
İranda kişilərlə qadınlar arasında futbol oyununun keçirilməsinə icazə verilməsi üç məmura baha başa gəlib. Apasport.az saytının məlumatına görə, məmurlardan ikisi ən azı bir illik, üçüncüsü altı aylıq işindən kənarlaşdırılıb. Daha bir məmur isə canını cərimə verməklə qurtara bilib.

İslam Respublikasında qoyulan qadağa əsasən, ailə həyatı qurmayan qadınların kişilərlə təmasda olmasına qətiyyən icazə verilmir. Ancaq buna məhəl qoymayan iranlı məmurlar qadınlardan ibarət futbol klubu ilə gənc oğlanlardan ibarət komandanın yaşıl meydanda görüşməsinə imkan yaradıb.
Qeyd edək ki, bu, İranda 30 illik islam hakimiyyəti dövründə kişilərlə qadınlardan birgə futbol oynadığı ilk haldır.
0