“Arsenal” hücumçumuza görə 25 min dollar ödəməlidir
26.01.2009 - 16:57
“Arsenal” hücumçumuza görə 25 min dollar ödəməlidir
Ukraynanın “Arsenal” klubu azərbaycanlı futbolçu Rüstəm Novruzovun transferi üçün 25 min ABŞ dolları ödəməlidir. Kiyev təmsilçisi 19 yaşlı hücumçuya görə bu məbləği Ukrayna Futbol Federasiyasının hesabına köçürməlidir.

Məsələ ondadır ki, Azərbaycanda olduğu kimi, Ukraynada da ölkə çempionatının keçirilməsi əsasnaməsinə uyğun hər bir əcnəbi futbolçuya görə federasiyanın xəzinəsinə bu qədər maliyyə vəsaiti ödənilməsi tələb olunur. Buna görə də “Arsenal” daha çox yerli futbolçuların transferində maraqlıdır. Kiyevdə baxışda olan Rüstəm komandanın baş məşqçisi Aleksandr Zavarovun rəğbətini qazanıb. Türkiyənin Antalya şəhərinə hazırlıq prosesinə aparılan heyətdə yer verilən Novruzovun “Arsenal”da qalıb-qalmayacağı haqda gələn həftə qərar veriləcək.

Qeyd edək ki, “Bakı” 19 yaşlılardan ibarət yığma komandamızın da üzvü olan Rüstəm Novruzovu təmənnasız buraxmağa hazırdır.
0