AFFA-nın yeniliyi Avropada da diqqət çəkdi
29.01.2009 - 13:30
AFFA-nın yeniliyi Avropada da diqqət çəkdi
AFFA-nın Azərbaycan futbolu üçün gördüyü işlər UEFA-nın da diqqətindən yayınmayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa futbol qurumunun aylıq nəşri olan “UEFA direct” jurnalının yeni sayında federasiyanın Azərbaycan futbolundakı fəaliyyəti ilə bağlı yazı dərc edilib. Yazıda orada AFFA-nın süni yaş azaltmaya qarşı gördüyü işlərin təqdirəlayiq hal olduğu vurğulanıb.

Belə ki, futbolda süni yaş azaltmanın qarşısının alınması məqsədilə AFFA tərəfindən bir sıra tədbirlər həyata keçirilməkdədir. İcraiyyə Komitəsinin 2008-ci il dekabrın 23-də keçirilən iclasında bütün klubların nəzdində futbolla məşğul olan uşaqların 11 yaşdan başlayaraq məlumat bazasının yaradılması, elektron qeydiyyatının aparılması və bununla bağlı klubların AFFA-ya müraciət etməli olması barədə qərar qəbul edilib.
0