Milli komandamıza qarşı legioner oynamayacaq
30.01.2009 - 20:05
Fevralın 1-də keçiriləcək beynəlxalq yoldaşlıq oyununda Azərbaycana rəqib olacaq Özbəkistan yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız kimi, özbəklər də meydana legionersiz çıxacaq. Belə ki, baş məşqçi Mircəlal Qasımovun yığmaya çağırdığı yeganə legioner – Şahbaz Erkinov komandanın hazırlıq keçdiyi BƏƏ-ni tərk edib.
Rəqibimizin legionersiz qalmasına futbolçunun çıxış etdiyi İranın “Pas” klubunun ölkə çempionatında növbəti oyununu keçirməsi səbəb olub. Bu gün İran birinciliyində “Mes” ilə qarşılaşan komandasına qoşulan Erkinov yığmanın məşqlərinə də sonradan qatılmışdı. Yığmanın Rusiya “Zenit”i ilə matçından sonra millinin düşərgəsinə gələn Şahbaz BƏƏ ilə Asiya kubokunun seçmə oyununda 65 dəqiqə meydanda olmuşdu.

0
0