“Karvan” flaqmanla üz-üzə
30.01.2009 - 20:17
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Yevlaxın “Karvan” klubunun növbəti sınaqçı rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri sabah Minskin “Dinamo” komandası ilə görüşəcək. Belarus futbolunun flaqmanı ötən il ölkə çempionatının gümüş mükafatını qazanıb.
“Karvan” “Dinamo” ilə yarım il əvvəl də görüşmüşdü. İyulda Antalyada keçirilən toplanışda ilk rəqib olan minsklilər təmsilçimizi 3:0 hesabı ilə məğlub etmişdi.
Qeyd edək ki, “Karvan” Antalyaya bu ilki səfərində “Atırau”nu (Qazaxıstan) 3:2, “Çavdar”ı (Bolqarıstan) 2:0 məğlub edib, “Anji”yə isə (Rusiya) 2:5 hesabı ilə məğlub olub.

- Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dursun Özbekden Avropa klublarına mesaj – "Osimhen satılmır"
- Messi 45 saniyəyə şou göstərdi – 911-ci qol, yeni rekord - VİDEO
- Türkiyə millisini müşayiət edən amerikalı polis qəzaya düşdü - Prezident ziyarət etdi
0
0