Branimir Subaşiç “Srvena Zvezda” klubundan uzaqlaşdırıldı
30.01.2009 - 19:09
Branimir Subaşiç “Srvena Zvezda” klubundan uzaqlaşdırıldı
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç şərəfini qoruduğu Serbiyanın “Srvena Zvezda” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı serbiyalı futbolçu Belqrad təmsilçisinin təlim-məşq toplanışına qatılmayacaq.

Az öncə birinci Kipr toplanışını başa vuraraq vətənə dönən “Srvena Zvezda” sabah yenidən həmin adaya yollanacaq. Lakin Kiprdəki ikinci təlim-məşq toplanışında Subaşiç iştirak etməyəcək. Belə ki, komandanın baş məşqçisi Çedomir Yanevski iki həftəlik hazırlıqlara qatılan heyətə Branimiri daxil etməyib.

Qeyd edək ki, Kiprdəki ilk toplanışda baş tutan hər iki qarşılaşmada iştirak edən Subaşiç bu matçlarda bir qol vurmuşdu.