“Acıbadem” “Bakı”ya əl tutdu
30.01.2009 - 21:02
“Acıbadem” “Bakı”ya əl tutdu
Türkiyənin məşhur “Acıbadem” xəstəxanasının “Bakı” futbol klubuna himayədarlıq edəcəyi rəsmiləşib. Komandanın vitse-prezidenti Tunc Afşarın apasport.az saytına verdiyi məlumata görə, bu gün tərəflər arasında qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalanıb: “Xəstəxana ilə 18 aylıq müqavilə imzaladıq. Yəni, bu əməkdaşlıq həm ikinci dövrənin sonuna, həm də növbəti mövsümə şamil olunacaq. Bu müddətdə komandamızın bütün yaş qruplarından olan futbolçu həmin klinikada bütün tibbi xidmətlər pulsuz keçəcək. Təbii ki, bunun qarşılığında bizim də üzərimizə müəyyən öhdəliklər düşür. Bu məsələni müzakirə edib, razılığa gəlmişik. Biz il yarımda “Acıbadem” Xəstəxanasının reklam lövhələrini meydançanın kənarında yerləşdirəcəyik. Bu, komandamızın ev oyunlarına aid olacaq. İnşallah, avrokuboklara vəsiqə qazanacağımı halda da klinikanın reklam lövhələri stadionda olacaq”.

Qeyd edək ki, “Bakı” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.
0