Azərbaycanlı FİFA hakimi məhkəmə qarşısında!
30.01.2009 - 21:32
“Türkiyədə təşkil olunan təlim-məşq toplanışına sırf pasport problemi ucbatından yollana bilmədim”. Bunu apasport.az saytına açıqlamasında azərbaycanlı FİFA hakim köməkçisi Elman Musayev deyib.
Hakimlərin Antalya şəhərində keçirilmiş iki həftəlik təlim-məşq toplanışına yollana bilməyən 39 yaşlı Musayev beynəlxalq oyunlara təyinat aldığı zamanı analoji problem yaşamayacağına əmindir: “İnşallah, problemim həll olunur. Türkiyə səfərimin məhz pasporta görə alınmayacağını bilmirdim. Demə, xarici pasportumun vaxtına iki ay qalmış dəyişdirmək lazım imiş. Əlbəttə, təlim-məşq toplanışında iştirak etsəydim, daha yaxşı olardı. Hər halda, üzülmürəm və məşqlərimə ara verməmişəm”.
Musayev hüquq-mühafizə orqanları ilə bağlı məsələyə də toxunub: “Bir müddət öncə qəzaya düşdüyüm zaman belə söz-söhbətlər gəzirdi. Həmin qəzada avtomobilin təkəri çıxmışdı. Nəticədə həm mən, həm də qarşı tərəf xəsarət almışdı. Qəza ilə bağlı məhkəmə hələ başa çatmayıb”.

- Norveçdən DÇ hazırlığı: 300 kilo balıq, 6000 portağal
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Dursun Özbekden Avropa klublarına mesaj – "Osimhen satılmır"
- Messi 45 saniyəyə şou göstərdi – 911-ci qol, yeni rekord - VİDEO
- Türkiyə millisini müşayiət edən amerikalı polis qəzaya düşdü - Prezident ziyarət etdi
0
0