Zaur Ramazanov qol vura bilməməsinin səbəblərini açıqladı
31.01.2009 - 00:01
Zaur Ramazanov qol vura bilməməsinin səbəblərini açıqladı
“Bu toplantı lap yerinə düşdü. Artıq uşaqlar bir-birini yaxşı tanıyır. İlk dövrədə çempionatda çox qol vura bilməməyimin səbəblərindən biri də bu idi. Meydanda bir-birimizi başa düşmürdük ki, bu da normaldır. Amma indi belə bir problemimiz yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov deyib.

Komandanın saytına açıqlama verən Ramazanovun fikrincə, ikinci dövrədə daha yaxşı çıxış edəcəklər: “Düzdü, hücumçunun vəzifəsi qol vurmaqdır. Amma komanda uduzursa, bombardir olmaq eşqi mənasız olur. Həm Nidal, həm də Vaqif 5 qol vurub. Çalışacağam ki, onlar daha da çox qol vursun. Mənə gəlincə, problem yoxdur. 3 dəfə “het-trik” etsəm, hamını keçərəm. Təki, komanda udsun, qalanı düzələr”.
0