Berti Foqts üçün yubiley matçı
31.01.2009 - 13:24
Berti Foqts üçün yubiley matçı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fevralın 1-də yubiley qeyd edəcək. Apasport.az saytının məlumatına görə, Özbəkistan yığması ilə sabah Dubayda keçiriləcək yoldaşlıq görüşü almaniyalı mütəxəssisin milli komandamızın sükanı arxasında yubiley - 10-cu oyunu olacaq.

2008-ci ilin aprelində Azərbaycan yığmasının baş məşqçisi təyin edilən Foqts bu müddətdə daha çox yoldaşlıq görüşlərində komandanı meydana çıxarıb. Belə ki, 9 matçdan 6-sı yoxlama, 3-ü isə rəsmi oyunlara təsadüf edib.

63 yaşlı çalışdırıcının milli komandamızda debütü elə yoldaşlıq oyunda gerçəkləşib. Foqts keçirdiyi 9 oyunun 2-də qalib gəlib, 3-də heç-heçə edib, 4-də uduzub. Topların fərqi 6-8 rəqiblərin xeyrinədir. Rəsmi matçlarda qələbə üzünə həsrət qalan əcnəbi məşqçi yoldaşlıq görüşlərinin cəmi birində məğlub olub. Milli komandamız Foqtsun dövründə 1-dən çox top buraxmamaq seriyasını davam etdirir.

Azərbaycan milli komandasının Berti Foqtsun rəhbərliyi altında keçirdiyi oyunlar

01.06.2008. Zenitsa. Yoldaşlıq görüşü. Bosniya və Herseqovina – Azərbaycan – 1:0
04.06.2008. Andorra-la-Vella. Yoldaşlıq görüşü. Andorra – Azərbaycan – 1:2
Qollar: Fabio Luis Ramim, Branimir Subaşiç
20.08.2008. Reykyavik. Yoldaşlıq görüşü. İslandiya – Azərbaycan – 1:1
Qol: Fabio Luis Ramim
27.08.2008. Tehran. Yoldaşlıq görüşü. İran – Azərbaycan – 1:0
06.09.2008. Kardiff. DÇ-2010-nun seçmə oyunu. Uels – Azərbaycan – 1:0
10.09.2008. Bakı. DÇ-2010-nun seçmə oyunu. Azərbaycan – Lixtenşteyn – 0:0
11.09.2008. Helsinki. DÇ-2010-nun seçmə oyunu. Finlandiya – Azərbaycan – 1:0
15.10.2008. Manama. Yoldaşlıq görüşü. Bəhreyn – Azərbaycan – 1:2
Qollar: Zeynal Zeynalov, Elvin Məmmədov
19.11.2008. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Albaniya – 1:1
Qol: Branimir Subaşiç
0