Yaxşı qapıçı necə olur?
31.01.2009 - 19:31
Yaxşı qapıçı necə olur?
“Belçika çempionatı isə öz səviyyəsi ilə seçilir. “Anderlext” super klubdur, mənim marağıma səbəb o oldu ki, qapıçılar topla çox inamlı oynayırlar. Hətta deyərdim ki, bu baxımdan sahə oyunçularından geri qalmirlar. Belə başa düşürəm ki, yaxşı qapıçı kimi formalaşmaq üçün tək cərimə meydanında uğurlu oynamaq kifayət deyil. Qapıçı meydanın istənilən hissəsində inamlı oynamağı bacarmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Anderlext” klubunun düşərgəsində olan “Bakı”nın qapıçısı Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, məşqçi ona ilk öncə sadə təmrinlər verib: “Ancaq bir neçə məşqimizi izlədikdən sonra hazırlığımdan razı qaldığını bildirdi. Bundan sonra ikitərəfli oyunlarda çərçivəni mənə etibar edirdi. Zənnimcə, oyunumdan razı qaldı. Tez-tez mənə yaxınlaşır, xoş sözlər deyir, məni ruhlandırırdı. Bu səfər zamanı Avropa futbolunun səviyyəsini daxildən görmək imkanımız oldu. Hesab edirəm ki, işə peşəkar yanaşma və oyun komponentləri baxımından əvəzsiz təcrübə əldə etdik. Vətənə dönəndə daha əzmkarlıqla çalışıb əsl peşəkar kimi püxtələşmək naminə yorulmadan işləyəcəyik.Bu səfərin təşkili üçün "Baki" futbol klubunun baş meneceri Zeynal Məmmədov və vitse-prezident Tunc Afşara təşəkkür edirik. Söz veririk ki, bizə göstərilən bu yüksək etimadı öz oyunumuzla doğruldacağıq”.
0