Mahmud Qurbanov hamıya eyni gözlə baxır
01.02.2009 - 00:05
Mahmud Qurbanov hamıya eyni gözlə baxır
“Demək olar ki, komandaya tamamilə alışmışam. Açığı, bu, o qədər də çətin olmadı. Komandada əla əhval-ruhiyyə var. Təbii ki, bu, uyğunlaşma prosesini sürətləndirdi”. Apasport.az saytının məlumatına görə, bunu 9 qat Azərbaycan çempionu Mahmud Qurbanov deyib.

“Professor” ləqəbli veteran futbolçu şərəfini qoruduğu “Bakı” klubunun saytına açıqlamasında bildirib ki, yeni komandasına həmişə simpatiya ilə yanaşıb: “Döyüşkən komandadır. Bu klubda peşəkarlıq arzu olunan səviyyədədir. Təlim-məşq toplantısının ilk günündən əzmlə çalışıram. Milli çempionatın ikinci dövrəsində və Azərbaycan kuboku yarışlarında bizi çətin və həlledici oyunlar gözləyir. Qeyd edim ki, bütün rəqiblərimizə eyni gözlə baxıram.

Azərbaycan çempionatında istənilən komanda liderlərə problem yarada bilər. Hər oyuna yalnız 3 xal üçün çıxmaq və bu vəzifənin öhdəsindən gəlmək üçün 100% hazır olmalıyıq”.
0