Samir Abbasov: Azərbaycan yığmasının yeni kapitanı
01.02.2009 - 13:12
Samir Abbasov: Azərbaycan yığmasının yeni kapitanı
Türkiyə Superliqasında mübarizə aparan “Kocaelispor”la müqavilə bağladığından milli komandamızın kapitanı Rəşad Sadlqov yığmanın Birləşmiş Ərəb Əmirliklərində və Küveytdə keçirilən təlim-məşq toplanışında iştirak edə bilmir.
Apasport.az saytının məlumatına görə, məhz bu səbəbdən də bu gün millimizin Özbəkistanla keçirilən yoldaşlıq oyununda kapitanı Samir Abbasov olacaq. Onun təcrübəli futbolçu olduğunu qeyd edən baş məşqçi bu işin öhdəsindən də layiqincə gələcəyinə əmin olduğunu bildirib.

Affa.az
0