Kamran Ağayev: “Köln” klubundan təklif almışam
01.02.2009 - 13:30
Kamran Ağayev: “Köln” klubundan təklif almışam
Yığma komandanın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev xarici klublardan dəvət aldığını bildirib. Apasport.az saytının məlumatına görə, bu barədə AFFA-nın rəsmi internet səhifəsnə açıqlama verən Ağayev deyib ki, bir neçə klubdan, o cümlədən Almaniyanın “Köln” klubundan ona ilkin müraciətlər olunub.

Transferlə bağlı fikrini isə o, belə ifadə edib: “Konkret danışıqlara başlamaq istəyən klub Lənkərana gəlməlidir. Çünki baxışa getməyə ehtiyac duymuram”.
0