Azərbaycan yığması ilin ilk sınağında qələbəni qaçırdı
01.02.2009 - 18:54
Azərbaycan yığması ilin ilk sınağında qələbəni qaçırdı
Azərbaycan milli komandası bu gün 2009-cu ildə ilk görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistanla yoldaşlıq matçında üz-üzə gəlib.

Millimiz oyunu bu heyətlə keçirib: Kamran Ağayev, Rail Məlikov, Saşa Yunusoğlu, Vaqif Cavadov (Luis Fabio Ramim, 46), Aleksandr Çertoqanov (Cavid Hüseynov, 46), Samir Abbasov (k), Zeynal Zeynalov (Elmar Baxşıyev, 46), Leandro Qomeş, Vüqar Nadirov (Elvin Məmmədov, 75), Tural Cəlilov, Ernani Pereyra.

Özbəklərlə tarixində 8-ci dəfə qarşılaşan millimiz “Əl Vasl” stadionunda ərəb hakimlərin idarə etdiyi görüşü qələbə ilə başa vurmağa yaxın olub. Komandamızın heyətində 63-cü dəqiqədə penalti zərbəsindən fərqlənən milliləşən braziliyalı Luis Fabio Ramim yığmamızı hesabda irəli çıxarıb. Amma sona 10 dəqiqə qalmış özbəklər bərabərlik topunu vuraraq, məğlubiyyətdən yaxa qurtarıblar.

İndiyədək Azərbaycan və Özbəkistan yığmaları arasında keçirilən görüşlər

24 aprel 1998-ci il
Bakı. Azərbaycan - Özbəkistan 2:1 (Yoldaşlıq görüşü)
Qollar: Yunis Hüseynov, Narvik Sırxayev
Baş məşqçi: Vaqif Sadıqov

18 avqust 1999-cu il
Səmərqənd. Özbəkistan - Azərbaycan 5:1 (Yoldaşlıq görüşü)
Qol: Zaur Tağızadə
Baş məşqçi: Əhməd Ələsgərov

15 fevral 2001-ci il
Albena. Özbəkistan - Azərbaycan 2:1 (Yoldaşlıq görüşü)
Qol: Vidadi Rzayev (pen.)
Baş məşqçi: İqor Ponomaryov

21 avqust 2002-ci il
Bakı. Azərbaycan - Özbəkistan 2:0 (Yoldaşlıq görüşü)
Qollar: Samir Əliyev, Fərrux İsmayılov
Baş məşqçi: Vaqif Sadıqov

28 may 2004-cü il
Bakı. Azərbaycan - Özbəkistan 3:1 (Yoldaşlıq görüşü)
Qollar: Qurban Qurbanov, İlqar Qurbanov, Emin Quliyev
Baş məşqçi: Karlos Alberto Torres

7 fevral 2007-ci il
Karşi. Özbəkistan - Azərbaycan 0:0 (Yoldaşlıq görüşü)
Baş məşqçi: Şahin Diniyev

7 mart 2007-ci il
Çimkənd. Özbəkistan - Azərbaycan 0:1 (Beynəlxalq turnir)
Qol: Branimir Subaşiç
Baş məşqçi: Vaqif Sadıqov

1 fevral 2009-cu il
Dubay. Azərbaycan – Özbəkistan – 1:1
Qol: Ramim, 63.
Baş məşqçi: Berti Foqts
0