"Qəbələ"nin son sınağı
01.02.2009 - 17:01
"Qəbələ"nin son sınağı
Antalya şəhərində təlim-məşq toplantısını davam etdirən "Qəbələ" bu gün 4-cü yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, matç qəbələlilər üçün Türkiyədəki sonuncu sınağı olacaq.
Bundan öncə üç görüş keçirən, əvvəlcə Qazaxıstan "Taraz"ına uduzan (0:1), sonra Rusiya təmsilçisi "Amkar"la bərabərə qalan (1:1) və nəhayət, Polşa çempionatında 7-ci yerdə gedən "Arka"ya qalib gələn (2:1) "Qəbələ" yekunu Kiyev "Arsenal"ına qarşı matçla vuracaq. Görüş Bakı vaxtı ilə 19:30-da başlanacaq. Komanda toplanışı sabah - fevralın 2-də son çatdıraraq, gecə saatlarında Vətənə dönəcək.
0