Azər Məmmədov: “Qarabağ” çoxlarının başını ağrıdacaq
01.02.2009 - 17:35
Azər Məmmədov: “Qarabağ” çoxlarının başını ağrıdacaq
“Ciddi hədəflərimiz var. Rəhbərlik bizdən bu il uğur gözləyir. Bu, bizdə əlavə məsuliyyət yaradır. 22 gün ərzində yaxşı çalışdığımızı deyə bilərəm. Hər bir mövqedə 2 güclü futbolçumuz var. Fikrimcə, hər kəs öz işini başa düşür. Komandamız təcrübəli və gənclərin vəhdətindən qurulub. Kollektivçilik ruhu da var”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun futbolçusu Azər Məmmədov deyib.

Komandasının internet səhifəsinə açıqlamasında vitse-kapitan bildirib ki, hazırlıq görüşlərində oyunları qənaətbəxş olub: “Təcrübəmə əsasən deyə bilərəm ki, bu komanda çoxlarının başını ağrıdacaq. Düzdü, sözlə vəd verməyi heç vaxt xoşlamıram. İnşallah, çempionatda sözümüzü meydanda deyəcəyik”.
0