Qyoko Hacıyevski: Bəzi oyunçularımız hələ tam hazır deyillər
02.02.2009 - 00:05
Qyoko Hacıyevski: Bəzi oyunçularımız hələ tam hazır deyillər
"Böyük üstünlüyümüz olmasına baxmayaraq, sadə səhvlər nəticəsində uduzduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın başməşqçisi Qyoko Hacıyevski deyib. Makedoniyalı çalışdırıcı Avstriyanın “Kapfenberq” komandasına məğlub (1:2) olduqları matçdan sonra bunları söyləyib: “Ümumilikdə, komandamdan razı qaldım. Bəzi oyunçularımız hələ tam hazır deyillər. Saşa Yunisoglu və Fabio Luis Ramimin yoxluğu da özünü göstərir. İxtiyarımda olan bütün futbolçulara oynamaq imkanı verdim. Nəticə önəmli deyil, belə qarışıq heyətlə nəticəyə oynamaq ciddi olmazdı. İrəlidə daha bir oyunumuz var. Hazırlıqlarımızı davam etdiririk".
0