“Qəbələ” iki top vurub uduzdu
02.02.2009 - 00:14
“Qəbələ” iki top vurub uduzdu
"Qəbələ" Antalyada sonuncu yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Ukraynanın "Arsenal" klubu ilə oyunda qapılara beş qol vurulub. Amma Ramiz Məmmədovun yetirmələri meydanı məğlub durumda tərk ediblər – 2:3. “Qəbələ”nin heyətində penalti zərbələrindən ilk yarıda Anatoli Ostap, ikinci hissədə isə Kənan Kərimov fərqlənib.

Qeyd edək ki, hazırda "Arsenal"da baxışda olan 19 yaşlılardan ibarət yığmamızın üzvü Rüstəm Novruzov birinci hissədə “Qəbələ”yə qarşı oynayıb.


0