Ramiz Məmmədov: Hər şey qaydasındadır
02.02.2009 - 00:18
Ramiz Məmmədov: Hər şey qaydasındadır
"Təbii ki, istənilən halda, qalib gəlmək yaxşıdır. Amma bu gün məqsədimiz bu deyildi”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Arsenal” komandasına məğlubiyyətdən (2:3) sonra “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

Daha çox optimal heyətin formalaşmasına, xətlərarası əlaqələrin hansı səviyyədə olmasına baxmaq istədiyini bildirən Məmmədovun fikrincə, komandada hər şey qaydasındadır: “Bu görüşdə gördüyümüz çatışmazlıqları çempionat oyunlarına qədər aradan qaldırıb ikinci dövrədə daha yaxşı çıxış etməyə çalışacağıq".
0